Məsələ №1. Xəstə B.V., 40 yaşında, sol gözünün nəzərə çarpan

advertisement
Məsələ №1.
Xəstə B.V., 40 yaşında, sol gözünün nəzərə çarpan qızartısı ilə müraciət etmişdir. Xəstənin sözlərinə
əsasən qızartı bu gün səhər yaranmışdır, bir ay öncə eynilə sağ gözdə qızartı olduğunu qeyd edir.Hər
hansı bir müalicə almamışdır.
Xəstənin ev tozuna, qida və dərmanlara qarşı allergiyası yoxdur.
Müayinə zamanı: OD -görmə itiliyi = 1,0; göz daxili təzyiq = 16 mm c.süt.; OS görmə itiliyi = 1,0; göz
daxili təzyiq =17 mm c.süt.
Obyektiv: OS – limbdən aşaqı –daxili kvadratında subkonyunktival qansızma, OS – buynuz qişa
şəffafdır, ön kamera orta dərinlikdədir, büllur şəffafdır, göz dibi patologiyasızdır.
Suallar:
1. Diaqnostika taktikası: Optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Джеймс Ф. Вэндер, Дженис А.Голт. Секреты офтальмологии. Москва» Медпрессинформ», 2008. Под редакцией Копаевой. Глазные болезни. Москва. Медицина 2002.
Məsələ №2.
Xəstə, 48 yaşlı qadın hər iki gözdə səhərlər daha kəskin olan yaş axma və qıcıqlanma duyğusu şikayəti ilə
müraciət etmişdir. Xəstənin sözlərinə əsasən o bir müddət müalicə qəbul edib, amma təsiri olmayıb.
Xəstənin dərmanlara qarşı allergiyası yoxdur.
Anamnezdə: altı ay əvvəl blefaroplastika aparılmışdır.
Müayinə zamanı: OD- görmə itiliyi = 1,0, göz daxili təzyiq = 16 mm Hg; OS- görmə itiliyi = 1,0, göz
daxili təzyiq = 18 mm Hg. Gözlər qapalı olarkən 2 mm enində ikitərəfli lagoftalm nəzərə çarpır.
Obyektiv: OU – buynuz qişanın aşağı hissəsində kiçik həcmli nöqtəvari keratopatiya, bəbək dairavi,
büllur şəffafdır, göz dibi patologiyasızdır.
Suallar:
1. Diaqnostika taktikası: Optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Под редакцией Джастиса П.Элерса, Чирэга П. Шаха. Офтальмология. Руководство.
Москва »Медпресс-информ», 2012. The Wills Eye Manual. Göz hastalıklarının Klinik ve acil
polikliniğinde tanı ve tedavisi. Mark A.Friedberq, Christopher J.Rapuano. MN Medikal @Nobel
Məsələ №3.
Xəstə, 78 yaşında qadın, sağ gözdə olan ağrıdan şikayətlənərək poliklinikaya müraciət etmişdir, ağrı
təxminən 2 gün əvvəl başlamışdır, ağrı göz ətrafında və qicqah nahiyədə daha çox olmuşdur,qörməyin
kəskin azalmasını geyd edir. Xəstə son iki il ərzində sol gözün görmə itiliyin azalmasını qeyd edir.
Pasiyentin sözlərinə əsasən sol gözdə 8 il öncə kataraktanın ekstraksiyası , və linz implantasiyası
əməliyyatı edilmişdir. Əməliyyatdan sonra sağ gösun görməsi yaxşı idi.Xəstənin sözlərinə əsasən
dərmanlara qarşı allergiyası yoxdur.
Müayinə zamanı: görmə itiliyi OD = 0,001 korreksiya etmir, göz daxili təzyiq - 45,0 mm Hg., görmə
itiliyi OS = 0,3 korreksiya etmir, göz daxili təzyiq - 16,0 mm Hg.
Obyektiv: OD – durğunlu inyeksiya, buynuz qişa ödemlidir, aşağı təbəqələr görünmür. OS – buynuz qişa
şəffafdır, ön kamera orta dərinlikdə, bəbək dairəvi, artifakiya, makulodistrofiya.
Suallar:
1. Diaqnostika taktikası: Optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Джеймс Ф. Вэндер, Дженис А.Голт. Секреты офтальмологии. Москва» Медпрессинформ», 2008. Под редакцией Копаевой. Глазные болезни. Москва. Медицина 2002.
Ədəbiyyat: Qasımov E.M., Aslanova V.Ə. Göz xəstəliklərinin diaqnostikası. Bakı-2009. Qasımov E.M.,
Kərimov M.İ. Göz xəstəlikləri. Bakı-2014
Download